Nurgül Yeşilçayın İRAN QORXUSU

04.10.2017 10:59

Nurgül Yeşilçay iranlı rejissor Bayram Nemətlinin "Yedullahın Gözəl Cini” adlı filminə çəkilməkdən imtina etmək fikrindədir.

Aktrisa iranlı rejissor Bayram Nemətlinin "Yedullahın Gözəl Cini adlı” filminə çəkilmək təklifini qəbul etmişdi. O, çəkilişlər üçün Tehrana getməli və 5 həftə orada qalmalı idi. İlk vaxtlara "Çox həyəcanlıyam, getmək üçün səbirsizlənirəm" deyən film ulduzu fikrini dəyişib.

O, sosial şəbəkədə "İranda vəziyyət qarışıqdır, bilmədim gedim, ya yox?" deyə status yazıb./publika.az

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR