Rusiya serialı Ginnesin Rekordlar Kitabına düşdü

02.10.2017 18:25

Rusiya istehsalı olan "Voroninı” serialı dünyanın ən uzunmüddətli televiziya layihəsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndəsi serialda 455 epizodu qeydə alıb.

"Voroninı” - 13 sentyabr 1996-cı ildən 16 may 2005-ci ildək "CBS” telekanalında yayımlanan "Hər kəs Reymondu sevir” Amerika sitkomuna(situasiya komediyası) uyğunlaşdırılaraq, lentə alınıb. Rusiya versiyasının premyerası 2009-cu ildə baş tutub və bugündək yayımlanır. Avqustun sonunda "CTC” kanalı serialın 20-ci mövsümünü təqdim edib.

Sitkom adi bir ailənin sərgüzəştləri haqqındadır. Əsas rolları Qeorqiy Dronov, Yekaterina Volkova, Stanislav Dujnikov, Anna Frolovtseva və Boris Klyuev canlandırırlar.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR