Türkiyə bu toydan danışır: İş adamı beyrutlu qızla evləndi

13.09.2017 13:53

Gənc iş adamı Mehmet Denkdemir beyrutlu model Diana Zaiter ilə qurması Türkiyədə marağa səbəb olub.

Möhtəşəm toy mərasimi Beyrutda baş tutub. Təxminən 400 nəfərin iştirak etdiyi toyda professor Aydın Ayaydın ilə bacısı Jalə Nalbant və Mekiye Ektirici də iştirak edib.

Türkiyənin məşhur iş adamı gələcək həyat yoldaşı ilə 8 ay əvvəl Beyrutda restoranda tanış olub.

Gəlinlik və bəylik kostyumunu xüsusi tikdirən cütlük bal ayı üçün Maldiv adalarına yollanıb./publika.az

© xezerxeber.az


335 dəfə oxunub

ÇOX OXUNANLAR