Sinem Uslu "Kurtlar Vadisi Vatan"a çəkilmək üçün... - FOTOLAR

07.09.2017 14:03

Televiziya və kino sahəsində gözəlliyi ilə diqqətləri öz üzərinə çəkən aktrisa Sinem Uslu "Kurtlar Vadisi Vatan” üçün əlinə silah götürüb.

Aktrisa filmdə baş leytenant rolunu oynayacaq. O, bu rola hazırlanmaq üçün həftlərlə poliqonda atıcılıq dərslərinə qatılıb. Həmçinin digər rol yoldaşları da aktrisaya kömək ediblər.

Filmin sujet xəttinə əsasən Polat Alemdar və komandası Türkiyəni işğalçılardan və xainlərdən qoruyur.

Qeyd edək ki, sevilən aktyor Necati Şaşmazın baş rolunda oynadığı "Kurtlar Vadisi Vatan” 29 sentyabrda izləyicilərin qarşısına çıxacaq./Yenicag.az

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR