Şahzadə ilə sevgili olan məşhur aktrisa ilk dəfə münasibətləri haqqında DANIŞDI

06.09.2017 14:25

36 yaşlı Meqan Markl "Vanity Fair” jurnalının oktyabr nömrəsinin üz qabığına çəkilib.

Aktrisa ilk dəfə nişanlısı şahzadə Harri haqqında geniş müsahibə verib. İlk dəfə Harri haqqında danışan "Fövqəladə Vəziyyətlər" (The Suits) serialının aktrisası açıqlamaları ilə sensasiya yaradıb:

"Biz bir-birini sevən və birlikdə xoşbəxt olan iki adi insanıq. Xəbərlər çıxana qədər təxminən yarım il gizli görüşmüşük. Mən bu müddət ərzində dəyişməmişəm, elə həmin Meqanam”.

Xatırladaq ki, onların münasibətləri 2016-ci ilin iyul ayında başlayıb. Onlar şahzadənin paralimpiyaçılar üçün təşkil etdiyi xeyriyyə tədbirində tanış olub.

Meqan onu da etiraf edib ki, şahzadənin sevgilisi olmaq onun üçün asan olmayıb:

"Bu populyarlığın da öz problemləri var. Onlar dalğa kimi gəlir: O hansısa günlər var, hansısa yoxdur. Mən haqqımızda yazılanları oxumuram, hətta "Fövqəladə vəziyyətlərdə" serialında çəkiləndə də mətbuatı izləmirdim. Yanımda olan insanlar, məni dəstəkləyir. Qalanları boşdur”.

Meqan şahzadə Harri ilə gələcəyi haqqında verilən suala çox təvazökarlıqla cavab verib:

"Biz bir-birimizi sevirik. Vaxt gələcək ki, biz irəliyə doğru addım atacağıq, amma hələ ki bunun üçün vaxt lazımdır. Bu, bizim münasibətlərimizi xüsusi edir. Şəxsən mən böyük məhəbbət dastanı sevirəm”.

publika.az

© xezerxeber.az


363 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR