Məşhur müğənni prezidentə verdiyi VƏDƏ ƏMƏL ETMƏDİ

06.09.2017 12:51

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bu il evlənəcəyinə söz verən Alişan vədinə əməl etməyib. Belə ki, məşhur müğənni nişanlısı Eda Eroldan ayrılıb.

Alişan və Eda Erol instaqramda bir-birilərini izləmə funksiyasından çıxarıb. Eda Erolun instaqramda elan etdiyi nişanlısından ayrılması xəbərini bacıları Bihter və Esra Erol təkzib edərək hesabının hakerlər tərəfindən oğurlandığı deyib. Lakin müğənni Alişan hələ də mövzu barədə heç bir açıqlama verməyib.

İddialara görə, cütlüyün ayrılmasının səbəbi Eda Erolun keçmiş sevgilisi Ogan Şenyolcu səbəb olub. Ogan Şenyolcu bir vaxtlar esra Erolun verilişində proqramın quruluşçu rejissoru işləyib.

Ogan Şenyolcu verdiyi açıqlamasında Eda Erolla uzun müddət sevgili olduğunu deyib:

"Münasibətlərimiz çox yaxşı idi. Sonradan nə olduğunu bilmədim, bir də gördümm ki, Eda Erol Alişanla nişanlanıb. Heç bir qalmaqal yaranmasın görə məni də işdən çıxartdılar. Amma nişan fotolarında Edanın xoşbəxt olmadığını görürdüm. Mənə oyun oynanılıb, intiqam almaq istəyirəm. Alişanın olanlardan xəbəri olduğunu zənn etmirəm”.

Türkiyəli modelyer Nur Yerlitaş isə Alişan fotosunu instaqramda paylaşıb və fotoya "Alişan ayrıldığı üçün üzülməyək. Baldızı proqramında barışdırar. Ah reytinq... Günün lətifəsi" , - yazaraq baş verənlərin reytinq naminə edildiyini bildirib./publika.az

© xezerxeber.az


355 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR