Daniel Kreyq daha iki filmdə “Agent-007”ni canlandıracaq

12.08.2017 11:21

Bondiadanın prodüseri Barbara Brokkoli britaniyalı aktyor Daniel Kreyqlə "Agent-007” rolunu nəinki bir, hətta iki filmdə oynamaq barədə razılığa gəlib.

Ceyms Bond obrazını 4 filmdə yaradan Kreyqin daha iki filmdə iştirakı barədə danışıqlar başa çatıb, müqavilə imzalanma ərəfəsindədir.

Qeyd olunur ki, prodüserlər müqaviləni bağlamağa tələsirlər. Bondiadanın sayca 25-ci filminin premyerasının 2019-cu ilin noyabrın 8-də olacağı artıq elan edilib, ssenari hazırdır.

Filmin çəkilişlərinə 2018-ci ildə start veriləcək.

Xatırladaq ki, Kreyq Ceyms Bond obrazını ilk dəfə 2006-cı ildə "Kazino "Royal” filmində canlandırıb./publika.az

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR