Qızları əlcək kimi dəyişən müğənnidən MESAJ

04.08.2017 12:33

Sevgililərini əlcək kimi dəyişən Castin Bieber səhvlərini etiraf edib.

Milyonlarla qız fanatı olan ulduz sosial şəbəkədə ürəyindən keçənləri yazıb:

"Öyrənmək və böyümək asan deyildi, amma tək olmadığımı bilmək məni həmişə irəli apardı. Mükəmməl olmayacağımı və səhvlər edəcəyimi bilirəm, amma keçmişin gələcəyimi təsir etməsinə yol verməyəcəyəm. Səhvlərimdən ibrət dərsi alaraq irəliyə baxmaq istəyirəm. Karyeram kimi ruhum və qəlbimin də parlaq olmasını arzulayıram. Beləliklə, istədiyim kimi bir adam, ər və ata ola bilərəm".

Məlumat üçün bildirək ki, Selena Qomezin 23 yaşlı keçmiş sevgilisinin adı tez-tez başqa gözəllərlə hallanır./publika.az

© xezerxeber.az


330 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR