Qətər əmiri: Zorla bizə heç nəyi qəbul etdirə bilməyəcklər

03.08.2017 14:08

Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani körfəzdə iyun ayından müşahidə olunan gərginliyi dəyərləndirib. Qətər əmiri bildirib ki, ölkəsi embarqolar dövründə daha da güclənib.

"QNA" agentliyi xəbər verir ki, Şeyx Təmim bin Həməd əl-Sani rəhbərlik etdiyi Nazirlər Kabinetinin toplantısında deyib ki, Qətər hazırda həmişə olduğundan daha da inkişaf edib: "Hazırda Qətər həm bizlər, həm də dünya üçün 2017 iyundan çox fərqlidir. Fəxr edəcəyimiz tariximiz var, ancaq 2017-ci ilin iyununda baş verənlər bizi gücləndirib və ölkəmiz üçün daha çox işləməyə sövq edib. Qarşıdakı illərdə prioritet məsələ iqtisadiyyat, təhlükəsizlik, səhiyyə və təhsil məsələlərində milli və daxili təmasları gücləndirməkdir".

Qətər əmiri daha sonra əlavə edib ki, Körfəz ölkələri zor gücü ilə öz şərtlərini Dohaya qəbul etdirə bilməyəcəklər: "Qətər dövləti, Körfəz böhranını dialoq yolu ilə həll etməyə hazırdır. Əgər hansısa müqavilənin həyata keçirilməsi üçün səy göstərirlərsə, bunu zorla qəbul etdirmədən, hansısa dövlətin daxili işlərinə və milli suverenliyinə müdaxilə etmədən, bütün tərəfləri nəzərər alaraq etməlidirlər"./faktxəbər

© xezerxeber.az


224 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR