Anası azərbaycanlı olan dünya şöhrətli model ikinci dəfə ərə getdi

02.08.2017 17:06

Tanınmış model Bianka Balti dünən ikinci dəfə ərə gedib.

Anası əslən azərbaycanlı olan italiyalı model 3 ildir sevgili olduğu Mett Makro ilə evlənib. Kaliforniyada baş tutan toyda cütlük bir-birinə məhəbbət və sədaqət andını Laquna çimərliyində içib.

İkinci dəfə ailə quran modelin toy şəkilləri sosial şəbəkədə paylaşılıb. Toy ABŞ-da baş tutmasına baxmayaraq italiyasayağı təşkil olunub. Dekorlar, yemək, musiqi bütün qonaqlara Aralıq dənizi ölkəsini xatırladıb.

Bianka Balti gəlinlik libasını siması olduğu "Dolce&Gabbana” moda evindən seçib. Yeri gəlmişkən bəyin kostyumunu da modelin uzun illərdir dostluq etdiyi Stefano Qabbana və Domeniko Dolçe hazırlayıb.

Məlumat üçün bildirək ki, Bianka ilə Mettin 2 yaşında Miya adında bir qızı var.

Biankanın böyük qızı Matilda isə Kristian Luççidi ilə ilk nikahından dünyaya gəlib./publika.az

© xezerxeber.az


465 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR