Mustafa Ceceli Şəmkirdəki toya neçəyə gəlib? - Şok qiymət açıqlandı

01.08.2017 16:40

Türkiyəli müğənni Mustafa Ceceli ötən gün Şəmkirdə keçirilən toy mərasimində çıxış edib.

Cecelinin toyda mahnı ifa etməsi toy sahibinə, təxminən, 30 min avroya - 60 min manata başa gəlib.

Tanınmış sənətçi Şiştəpə kəndində keçirilən toy mərasimində çıxış edib.

Onunla birgə Nuri Şənləndirici, Nazənin, Təranə və Musa Musayev və başqaları məclisə qatılıblar. Toyun aparıcısı Saleh Bağırov olub.

Qeyd edək ki, Ceceli iştirak etdiyi toy sahibi Şəmkirin nüfuzlu iş adamlarındadır. Belə ki, gəlinin əmisi Bakının məşhur ticarət mərkəzlərindən birinin rəhbəridir.

AzNews.az

© xezerxeber.az


734 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR