Tuba Büyüküstünə keçmiş həyat yoldaşından böyük ŞOK!

28.07.2017 17:14

Məşhur aktrisa Tuba Büyüküstün və Onur Saylakın arasında gərginlik davam edir.

Onur Saylak keçmiş həyat yoldaşının özündən 9 yaş kiçik iş adamı ilə sevgili olmasına münasibət bildirib. Bu günə qədər səssiz qalan aktyor dünən sosial şəbəkədə əkiz qızları Maya və Torpaqla şəkillərini paylaşıb. Bundan başqa Onur Saylak həyat yoldaşı Tuba Büyüküstünü insatqramda dostluq siyahısından çıxarıb.

Aktyor bu addımı ilə onu gənc oğlana dəyişən keçmiş həyat yoldaşı ilə münasibətlərinin birdəfəlik bitdiyini təsdiqləyib. İddialara görə, Onur Saylak uşaqlarının vəkalətnaməsini almaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

Bundan başqa məlum olub ki, O.Saylakın keçən il çəkdiyi, baş rolu isə Tubanın oynadığı "Daha” filminin Çexiyadakı qala gecəsinə aktrisanı dəvət etməyəcək./publika.az

© xezerxeber.az


260 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR