Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO

28.07.2017 14:34

Aktrisa Yeliz YeşilmenInstagram-dan qızı Asiya ilə namaz qıldığı zaman çəkilmiş fotosunu paylaşıb.

Dırnaqlarındakı boyaları unudan Yeşilmenə sosial şəbəkdə sərt reaksiyalar gəlməyə başlayıb. Təqibçiləri"Dırnaq boyası ilə dəstəmaz alınmır" deyərək aktrisanı biabır ediblər. Başqa bir təqibçisi isə aktrisanın sözügedən paylaşımına: "Bu fəlakətlər, terrorpozğunluq və təhqirlərin üçün bir xəbərdarlıqdır', - şərhi ilə reaksiya verib.

Yeşilmen namazfotosuna bunları yazıb:

''Yer, göy dua üstündə quruldu. Biz qızımla birlikdə dəstəmaz aldıq, 2 rükət namaz qıldıq və hər zaman olduğu kimi uca yaradana sığındıq. Yaxşı ki, inanclıyam, şükürlər olsun. İnancım olmadan nəfəs ala bilmərəm. Davamlı olaraq dilimdə dualarım var. Gəzərkən, yemək yeyərkən, üzərkən, yatarkən. Bu təbiətin insanlardan intiqam aldığı çətin günlərdə edəcək heç bir şey yoxdur. Tək şey təbii ki, dua etmək, düzgün yaşamaq. Yalandan, qeybətdən uzaq. Alnımızda nə yazılı isə onu yaşayarıq. Hara qaçırıqsa qaçaq,alnımızda nə yazılıbsa odur.

Son illər çətin keçir -terror, fəlakətlər, təcavüzlər... Eh...! arada bir xəbərdarlıq olmalıdır ki, insanlar özünə gəlsin. Ən qorxuncu günahbirini boş yerə mühakimə etməkdir. Bu hal-hazırda tez-tez edilən səhvdir. Bəli, ideal deyilik bəlkə, amma öz adıma bunu söyləyərəm, inancım mənə yetər. Keçmiş olsun Bodrum və keçmiş olsun İstanbul. Bol dua edib, uşaqlarımıza da öyrədək, xahiş edirəm. Gecəniz xeyirə"./milli.az

Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO

Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO

Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO

© xezerxeber.az


4485 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR