Təbii qaz ehtiyatları 100 milyard kubmetrə çatır

03.12.2020 15:51

SOCAR-ın təsdiq olunmuş təbii qaz ehtiyatları artıb.

Xezerxeber.az məlumat verir ki, bu barədə şirkətin 2019-cu ilə dair "Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.

Hesabata görə, ötən ilin sonuna SOCAR-ın təsdiq edilmiş ümumi təbii qaz ehtiyatları 99 milyard 486 milyon kubmetr olub. 51 milyard 275 milyon kubmetr təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilən, 4 milyard 52 milyon kubmetr təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilməyən, 55 milyard 327 milyon kubmetr təsdiq edilmiş və işlənmiş, 44 milyard 159 milyon kubmetr isə təsdiqlənmiş və işlənməmiş neft ehtiyatlarıdır.

Qeyd edək ki, 2018-ci ilin sonuna şirkətin təsdiq olunmuş ümumi təbii qaz ehtiyatları 87 milyard 455 milyon kubmetr təşkil edib. 42 milyard 97 milyon kubmetr təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilən, 4 milyard 878 milyon kubmetr təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilməyən, 46 milyard 975 milyon kubmetr təsdiq edilmiş və işlənmiş, 40 milyard 480 milyon kubmetr isə təsdiqlənmiş və işlənməmiş neft ehtiyatları olub.

Nərmin Məcidli 

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR