Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Vergi Məcəlləsində dəyişiklik edilib

24.11.2020 19:43

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

"102.3. I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.".

102.4.4-cü maddə isə ləğv edilir.

© xezerxeber.az


230 dəfə oxunub

XƏBƏRLƏR

23.01.2021 10:57

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR