Rusiya Avropaya neft-qazın ixracını azaldacaq

24.11.2020 09:43

Rusiyadan Avropaya neft və qaz ixracının 2040-cı ilədək azalacağı gözlənilir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın "Lukoil" şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti Leonid Fedun deyib.

"Bu, qaçılmazdır (Rusiyadan Avropaya neft ixracının azaldılması – red.). Avropanın neft bazarı azalacaq, Avropa İttifaqının proqnozuna görə, 2040-cı ilədək bazar iki dəfə kiçilə bilər", - deyə L. Fedun bildirib.
Bununla yanaşı, şirkətin rəsmisi Rusiyadan Avropaya qaz ixracının da azalacağını qeyd edib: "Azalma olacaq, lakin qazın qiyməti aşağı olduğu dövr elə də güclü olmayacaq".

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR