OECD qlobal iqtisadiyyatla bağlı yeni proqnoz verdi

16.09.2020 18:25

Bu il qlobal iqtisadiyat koronavirus pandemiyası ilə əlaqədar 4,5% kiçiləcək, gələn il isə 5% böyüyəcək.

Bu proqnozla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çıxış edib. 

Qurum bəyan edib ki, bu il ən çox iqtisadi geriləmə Cənubi Afrikada (11,5%), Argentinada (11,2%) və Hindistanda(10,1%) yaşanacaq. İqtisadiyyatın kiçilməsi Avropa İttifaqında 4,1%, ABŞ-da isə 3,8% olacaq. 

"İqtisadi tənəzzül gözlənildiyi kimi dərin olmayacaq, amma bir qədər sonra iqtisadi aktivliyi artırmaq üçün dövlətlərin (hökumətlərin), o cümlədən mərkəzi bankların dəstəyinə ehtiyac olacaq", - deyə OECD-nin açıqlamasında qeyd olunub. /report

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR