Xəzər Xəbər

Kommunal xərclər silinəcək? RƏSMİ AÇIQLAMA

İqtisadiyyat | 12:26 • 15 Avqust 2020
Kommunal xərclər silinəcək?

"Kommunal məsələyə gəldikdə isə, ölkələrin təcrübəsi fərqlidir. Dövlət Vergi Xidməti tərəfindən müxtəlif formada güzəştlər edilir. Hər bir vətəndaş da etdiyi alış-veriş zamanı bu vergi güzəştlərindən istifadə edə bilərlər. Bu da dövlətimizin vətəndaşlara qayğısının növbəti təzahürüdür".


Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.


Onun sözlərinə görə, kommunal xidmətlərdən sui-istifadənin olmaması üçün bu model hazırlanıb.


Prezidentin köməkçisi əlavə edib ki, digər ölkələr bu prosesdən çıxmaq üçün borclanmaya gedirlər:


"Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir. 100-dən artıq ölkə beynəlxalq təşkilatlardan borclar alıb".

Xəbər lenti