Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycandan ərazisindən keçməklə İrandan Rusiyaya 1,5 milyard dollar həcmində yük daşınıb

13.08.2020 18:26

Cari ilin ötən dövrü ərzində İran Rusiyaya 1,5 milyard dollar həcmində ixrac əməliyyatı həyata keçirib.

Bu sözləri İranın Dövlət Gömrük İdarəsinin rəisi Mehdi Mirəşrəfi deyib. O bildirib ki, ötən ilin müvafiq dövründə isə ixracın dəyəri 4,3 milyon dollar həcmində olub.

Qeyd etmək lazımdır ki, bu artımın səbəbi İran ilə Azərbaycan arasında dəmir yolunun inşa edilərək istismara verilməsidir. Astara (İran)-Astara (Azərbaycan) xətti istifadəyə verildikdən sonra İranın Gilan, Gülüstan, Mazandaran, Ərdəbil və Şərqi Azərbaycan vilayətləri Rusiyaya daha çox məhsul ixracı imkanı əldə ediblər.

Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti hesab edilən Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol tam olaraq inşa edilib başa çatdıqdan sonra İranın cənub vilayətlərinin də ixrac imkanları artacaq ki, ixrac olunan bütün yüklər Azərbaycan üzərindən tranzit olaraq Rusiyaya daşınacaq.

Hazırda İranın Şimal vilayətlərindən yüklər avtomobillərlə Astara şəhərinə gətirilərək burada vaqonlara yüklənir və Azərbaycan vasitəsilə Rusiyaya daşınır.

Gələcəkdə Cənub Şərqi Asiya və körfəz ölkələri də Rusiya və Avropa ilə ticarət əlaqələrini Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə quracaqlar. Bu isə Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, rəsmi Bakının Şərqdəki ticarət tərəfdaşlarının sayını artıracaq./Azərtac

© xezerxeber.az


412 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR