Böyük Britaniyada son 11 ilin ilk resesiyası başlayıb

12.08.2020 15:41

Böyük Britaniya iqtisadiyyatı COVID-19 pandemiyası nəticəsində cari ilin ikinci rübündə 20,4 faiz kiçilib.

"BBC” xəbər verir ki, milli Statistika Ofisinin məlumatına görə ilin birinci rübündəki ÜDM həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz az olub. Bunun başlıca səbəbi də mart ayında istehsalatın kəskin azalmasıdır.

Ekspertlərə görə, bununla da ölkə üzrə ÜDM-nin 1979-cu ildən etibarən ən böyük geriləməsi qeydə alınıb.

Həmçinin ÜDM-nin dalbadal iki rüb ərzində azalması, yəni resesiya Böyük Britaniyada son dəfə 2009-cu ildə baş verib.

Xatırladaq ki, koronavirusdan ən çox zərər çəkən ölkələrdən olan Böyük Britaniyada Səhiyyə Nazirliyinin məlumatına görə indiyədək bütövlükdə 310 mindən artıq insan yoluxub, bunlardan 46,6 mini də dünyasını dəyişib./Report

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR