"Azergold" yüklərini sığortalayacaq

12.08.2020 13:27

"Azergold" QSC nəcib metal tərkibli külçələrinin təyinat məntəqələrinə çatdırılanadək yük sığortası növü ilə sığortalanması xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

XəzərXəbər vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.

Qalib şirkətə 297,5 min manat ödəniləcək.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR