Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir - Nazir

05.08.2020 13:13

Azərbaycanda dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiyası səbəbindən yaranmış neqativ iqtisadi proseslərin dərinləşməsinin qarşısı əhəmiyyətli dərəcədə alınıb.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, lakin qarşıda duran təhlükələr var və bu da əsasən dövlət büdcəsinin gəlirlərinin azalması ilə bağlıdır. Onun sözlərinə görə, neft sektorundan əldə olunan mənfəət vergisi və gömrük rüsumlarının azalması proqnozlaşdırılır. Nazir qeyd edib ki, ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir. S.Şərofov əlavə edib ki, Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır.

S.Şərifov bildirib ki, bu baxımdan dövlət büdcəsinə müvafiq dəyişikliklər edilir ki, kifayət qədər çevik maliyyə buferi yaradılsın və yarana biləcək təhdidlərin qarşısı alına bilsin.
Nazir vurğulayıb ki, yaranmış vəziyyətdə dövlət xərclərin azaldılması deyil, bir qədər artırılmalısnı nəzrdə tutur ki, mənfi proseslərin qarşısı alınsın.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR