"OPEC+" ölkələri avqustda neft hasilatının azaldılmasını dərinləşdirəcək

15.07.2020 18:55

Bu ilin avqust ayından etibarən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri razılaşma çərçivəsində neft hasilatını müəyyən edildiyi 7,7 mln. bareldən bir qədər çox azaldacaq.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Abdel Əziz bin Salman "OPEC+" monitorinq komitəsinin iclası başlamamışdan öncə bildirib.

Onun sözlərinə görə, bu, may və iyun aylarında təmin edilməmiş azalma həcmlərinin kompensasiyası üçün lazımdır.

Avqust ayında neft hasilatının bərpa olunmasına baxmayaraq, Krallıq ixrac həcmlərini dəyişməyəcək. Nazir digər "OPEC+" ölkələrinin də ixrac məhdudiyyətlərini qoruyacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR