Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Neft Fondu ABŞ-da 50 mln. dollarlıq daşınmaz əmlak alır

09.07.2020 17:20

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlak almağa planlaşdırır.

Bu barədə xezerxeber.az Fondun 2019-cu il üzrə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ARDNF "Gaw Capital Partner" şirkəti tərəfindən idarə olunan "GAW US FUND III" fondu ilə birlikdə Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlaka müştərək investisiya qoyuluşunun həyata keçirilməsinə dair razılıq əldə edilib.
"Birgə investisiyada ARDNF-in payına düşən kapital qoyuluşu 50 mln. ABŞ dolları təşkil edir", - hesabatda deyilir.

Qeyd edək ki, 2019-cu ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivdən ibarət olub.

© xezerxeber.az


274 dəfə oxunub

ÇOX OXUNANLAR