Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09.07.2020 14:58

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il üzrə fəaliyyətini, "Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.

Fonddan xezerxeber.az-a bildirilib ki, ARDNF-in 2019-cu il üzrə illik hesabatında Neft Fondunun idarəetmə və şəffaflıq prinsipləri, fondun ölkə iqtisadiyyatındakı rolu, 2019-cu il büdcəsinin icrası, habelə, investisiya strategiyasının mahiyyəti, investisiya portfelinin ümumi vəziyyəti və gəlirliliyi barədə məlumatlar, risklərin idarə edilməsi çərçivəsi, eləcə də Suveren Fondlar üçün Ümumi Qayda və Prinsiplərin (Santyaqo Prinsiplərinin) icrası üzrə qiymətləndirmə və ARDNF-in konsolidasiya edilmiş maliyyə hesabatları öz əksini tapıb.

2019-cu il, eyni zamanda, ARDNF-in yaradılmasının 20 illiyinə təsadüf edib və hesabatın dizayn konsepsiyası da məhz bu yubiley tarixinə həsr olunub. Bu çərçivədə illik hesabata 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı və Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində yaradılmış ARDNF-in 20 illik tarixində baş verən ən mühüm hadisələr, fond tərəfindən maliyyələşdirilən və ölkənin sosial-iqtisadi inkişafına xidmət edən layihələr, investisiya fəaliyyəti və investisiya portfelinin inkişaf istiqamətləri və eləcə də 2019-cu il ərzində 20-ci yubiley ili çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatlar əlavələr şəklində daxil edilib.

© xezerxeber.az


125 dəfə oxunub

ÇOX OXUNANLAR