Prezidentlərin geyimlərini hazırlayan şirkət iflas edib

09.07.2020 13:44

Prezidentlərin və məşhur bankirlərin geyimlərini hazırlamaqla tanınan və keçən il təxminən 1 milyard dollar gəlir əldə edən ABŞ-ın 200 yaşlı "Brooks Brothers” şirkəti iflas edib.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 1818-ci ildə qurulan və ölkənin ilk hazır geyim markası olan "Brooks Brothers” koronavirus pandemiyasının işlərinə mənfi təsir etdiyini və bu səbəbdən 500-dən çox mağazasından 250-ni bağlayacağını açıqlayıb. Şirkət iflasla bağlı məhkəməyə müraicət edib və bu müddətdə əməliyyatları davam etdirmək üçün 75 milyon dollar kredit götürüb.

Qeyd edilib ki, 4 mindən çox işçinin çalışdığı şirkət bu vaxta qədər 40-a qədər ABŞ prezidentini hazır geyimlə təmin edib.

Ötən il 991 milyon dollar dövriyyəsi olan şirkət, bunun 20 faizini internet üzərindən reallaşdırıb.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR