Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Təmassız əməliyyatlar üzrə limitin artırılması müzakirə olunub

07.07.2020 13:17

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.

ABA-dan xezerxeber.az-a bildirilib ki, iclasda POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limitin 100 manata qaldırılması, təmassız ödənişlərin və token xidmətinin tətbiqi ilə bağlı əməliyyatların genişləndirilməsi məqsədilə birgə fəaliyyətin təşkili müzakirə edilib. Həmçinin ekspert qrupunun üzvləri tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə kart istifadəçilərinin intensiv qaydada məlumatlandırılması məsələsinə toxunulub.

Ekspertlərin müzakirəsi nəticəsində iclasda qaldırılan məsələlərin həllində atılacaq növbəti addımlara dair qərarlar qəbul edilib.

© xezerxeber.az


195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR