Bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılacaq

01.06.2020 16:56

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri ilə onlayn görüş keçirib.

KOBİA-dan xezerxeber.az-a bildirilib ki, görüşdə bərbərxana və gözəllik salonları üçün onlayn növbə sisteminin yaradılmasına, bu sistemin tətbiqi imkanlarına dair sahibkarlarla müzakirələr aparılıb. Həmçinin onlayn görüş çərçivəsində KOBİA-nın nümayəndələri xidmət sektorunda, o cümlədən bərbərxana və gözəllik salonlarında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə riayət edilməsinin, xidmət sahələrində işçilər və müştərilər üçün lazımi şərait yaradılmasının və qoruyucu vasitələrdən (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və sair) istifadənin vacibliyini diqqətə çatdırıb, xidmət sahələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər.

© xezerxeber.az

FOTOQALERIYA






212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR