Elman Rüstəmov: "Bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir"

01.06.2020 16:13

"Bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir. Bu bankların kredit portfeli isə 1,217 mlrd. manatdır, ADİF bu vəsaitin yığımını həyata keçirəcək".

Xezerxeber.az-ın məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu vəsaitin 200 mln. manatı Əmanətlərin Sığortalanması Fondunun (ADİF) vəsaitləri hesabına, 480 mln. manatı isə AMB-dən dövlət zəmanəti ilə kredit şəklində veriləcək: "Artıq Maliyyə Nazirliyinə müraciət edilib. Qısa müddətdə vəsait veriləcək”.

E. Rüstəmov onu da bildirib ki, əmanətlərin bir qismi valyutadadır və AMB bununla bağlı üzərinə öhdəlik götürüb: "Təxminən 200 mln. valyuta formasında veriləcək".

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR