İki banka kapitalın yaxşılaşdırılması üçün möhlət verilib - Elman Rüstəmov

01.06.2020 16:01

Azərbaycan Mərkəzi Bankı (AMB) iki banka kapitalın yaxşılaşdırılması üçün möhlət verib.

Xezerxeber.az-ın məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə, bunlar "Accessbank" və "Rabitəbank"dır: "Bu banklara kapitalın artırılması üçün möhlət verilib. Bəzi banklar var ki, onların kapitalı tələbdən aşağıdır. Lakin bu bankların kapital adekvatlılığı qənaətbəxşdir. AMB də yardım göstərir ki, bu banklar kapitallaşmanı yekunlaşdırsınlar”.

© xezerxeber.az

FOTOQALERIYA






141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR