Baş bankirdən koronavirus dövründə bank aktivləri ilə bağlı AÇIQLAMA

01.06.2020 15:26

"Hazırda bank sektorunda stabillik qorunur. Bağlanan banklar istisna olmaqla, bankların kredit portfeli cari ildə 2,8 faiz artıb”.

XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mayda bu artım 0,8 faiz olub:

"Kredit portfelinin artımı biznes kreditləri ilə bağlıdır. İlin əvvəlindən biznes kreditləri beş faizə qədər artıb. May ayında da bu artım müşahidə edilir. İpoteka kreditləri 9,4 faiz artıb. May ayında bu kreditlərdəki artım 5,5 faizolub”.

Sədr qeyd edib ki, pandemiya dövründə bankların balansında aktivlərin bir qədər pisləşməsi gözləniləndir.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR