Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb

31.05.2020 14:47

Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevral ayında aparılıb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevral ayında ixrac əməliyyatları dəyəri 1 milyard 66,4 milyon ABŞ dolları, yanvarda isə 720,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında ölkəyə idxal edilən məhsulların dəyəri 3 milyard 381,8 milyon dollar olub.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR