Türkiyə Azərbaycan qazının idxalını 20,5% artırıb

30.05.2020 13:20

Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 2 729,24 kubmetrdən çox qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,54% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) verdiyi məlumata görə, Türkiyə 2019-cu ilin yanvar-mart aylarında Azərbaycandan 2 264,23 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar-martda bu ölkədən Türkiyəyə təxminən 3 711,84 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Boru kəməri vasitəsi ilə idxal üzrə üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 2 029,21 mln. kubmetr qaz nəql edib.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR