Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İkinci rübdə qlobal neft tələbatı 1,7 milyard barrel azala bilər - PROQNOZ

16.05.2020 16:53

Neft bazarını qiymətləndirən agentliklərə görə, koronavirus pandemiyası səbəbindən bu rüb ərzində neftə olan tələbat illik müqayisədə 1,7 milyard barrel azala bilər.

Qlobal neft tələbatının beşdəbiri bu rüb ərzində yox olacaq. Neftlə bağlı proqnozlarını açıqlayan üç böyük agentlik koronavirusla mübarizədə görülən məhdudlaşdırma tədbirləri fonunda qlobal miqyasda neft istehlakında ən sərt azalmanın müşahidə olunacağı ilə bağlı həmfikirdir. Tələbin aldığı "zərbə”nin miqyası isə neft istehsalçılarının tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, ehtiyatların bu il artacağı mənasına gəlir.

Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC və ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu həftə neft bazarı ilə bağlı proqnozlarını yeniləyib və tələbatın azalmasının dərinliyi ilə bağlı fikirlər bir-birinə yaxın olub. Beynəlxalq Enerji Agentliyinin keçənaykı pessimist mövqeyi hazırda əsas mənzərə olub. Belə ki, bu rüb ərzində dünyada keçən ilə nisbətən 1,7 milyard barrel az neft istifadə ediləcək.

Həm EIA, həm də OPEC-in aprel ayındakı hesabatlarda tələbatın bu ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə gündəlik 12 milyon barrel azalacağını proqnozlaşdırıb. Hazırda isə Beynəlxalq Enerji Agentliyi gündəlik 20 milyon barreldən çox azalma proqnozlaşdırır. Ötən bir ayda karantinin yumşaldılması və müəssisələrin tədricən açılması agentliyin bir az daha optimist proqnoz verməsinə səbəb olub.

Lakin EIA və OPEC-in proqnozları kəskin dəyişib və bir ay əvvəllə müqayisədə tələbatın daha da pisləşəcəyi gözlənilir. Bu iki qurumun proqnozu Beynəlxalq Enerji Agentliyinin neft istehlakına dair daha pessimist qiymətləndirməsinə yaxınlaşıb.

Hər üç qurum ilin ikinci yarısında vəziyyətin sürətlə yaxşılaşacağını düşünür. Tələbatın 2020-ci il ərzində əvvəlki ilin səviyyəsindən aşağıda qalacağı gözlənilir. Lakin azalmanın miqyasının xeyli daralacağı gözlənilir.

Beynəlxalq Enerji Agentliyi və EIA-ya görə, üçüncü rübdə tələbat keçənilki səviyyədən gündəlik təxminən 5 milyon barrel az olacaq. OPEC isə illik 8 milyon barreldən çox azalma olacağını nəzərdə tutur.

Vəziyyətin ilin son rübündə daha da yaxşılaşması gözlənilir. Belə ki, tələbatdakı gündəlik itki ilə bağlı gözləntilər EIA-nın 2,26 milyon barrellik proqnozu ilə OPEC-in 4,5 milyon barrel qiymətləndirməsi arasında dəyişir. (AZƏRTAC)

© xezerxeber.az


251 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR