Ölkənin ərzaq məhsulları ilə təminatında problem yoxdur

29.03.2020 17:43

Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimində ölkənin ərzaq məhsulları ilə təminatında problem yoxdur. 

Xezerxeber.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.

Onun sözlərinə görə, qıtlıq barədə danışmaq düz deyil. Ölkədə payızlıq buğda və arpa əkinləri koronavirus yayılmadan qabaq aparılmışdı. Həmin əkinlər üzrə məhsul yığımı yayda həyata keçiriləcək. Yazlıq əkinlər üçün əkin sahələri müəyyənləşdirilib, hazırda torpaq becərmə işləri, o cümlədən səpinqabağı işlər aparılır.

"Gübrə, pestisid, toxum və digər zəruri mal-materiallar öncədən tədarük edilib, aidiyyəti kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib. Yazlıq əkinlər isə aprelin 10-dan başlayaraq may ayının birinci ongünlüyünə qədər davam edir. Hesab edirəm ki, yazlıq bitkilərin əkini və tədarükü ilə bağlı problemlər gözlənilmir. Hazırda əkin aparılacaq sahələrdə mövsümi işlər davam etdirilir. Dövlət tərəfindən bu məhsulların toplanmasında və bazara çıxarılmasında fermerlərə maksimum dərəcədə kömək göstərilir”, - deyə, o, qeyd edib.

© xezerxeber.az

FOTOQALERIYA






138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR