Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib

26.03.2020 18:27

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib.

Agentlikdən bildirilib ki, müraciətdə bir çox sənaye nümayəndələrinin hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq Dövlət Turizm Agentliyinin çağırışına müsbət cavab verdikləri qeyd olunub. Diqqətə çatdırılıb ki, hazırda Bakıda və regionda bir sıra otellər xaricdən qayıdan vətəndaşlarımızın karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Biz karantin rejimində vətəndaşlara xidmət göstərən otellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla kollektivinə təşəkkür edir, bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk.

Qeyd olunub ki, Dövlət Turizm Agentliyinin əməkdaşları aidiyyəti dövlət qurumları ilə birlikdə koronavirusla əlaqədar qlobal böhran nəticəsində ölkəmizin turizm sənayesinə dəyən zərərin minimuma endirilməsi üçün bütün gücü ilə çalışır və ən qısa müddətdə sənayeyə dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri ilə bağlı işlər yekunlaşacaq. İnanırıq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdikləri turizm sahəsi bundan sonrakı dövrdə daha sürətlə inkişaf edəcək.

Gücümüz birliyimizdədir və məhz birgə bütün çətinliklərin öhdəsindən gələrək daha böyük işlərə imza ata bilərik.

© xezerxeber.az


69 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR