Xəzər Xəbər

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar kəskin artıb

İqtisadiyyat | 13:43 • 26 Mart 2020
Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,3 mln. ton yük, 838,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasında 7,2%, sərnişin daşınmasında isə 72,3% artım müşahidə olub.

Məlumata görə, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 1,0 min ton yüklənmə işi yerinə yetirilib.

Xəbər lenti

Çox oxunanlar