Bu sahədə çalışanların maaşları artırılacaq

25.03.2020 09:12

Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsində çalışan işçilərin maaşları artırılacaq.

Xezerxeber.az xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum mənzil-kommunal təsərrüfatı sahəsində islahatları gücləndirmək və bu sahədə çalışan işçilərin maaşlarının ölkə üzrə ortaaylıq əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması istiqamətində tədbirləri davam etdirmək öhdəliyi götürüb.


© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR