Tullantılardan səmərəli istifadə məqsədilə kompleks tədqiqatlar aparılacaq

17.03.2020 11:49

Daşkəsən dəmir yatağının istismarı nəticəsində toplanmış tullantılardan səmərəli istifadə məqsədilə kompleks tədqiqatlar aparılacaq.

Xezerxeber.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Tədqiqat işləri 2021–2022-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçiriləcək.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR