Poçtla göndərilən bağlamada narkotik vasitə aşkarlanıb - FOTO

16.03.2020 14:26

Poçtla göndərilən bağlamada narkotik vasitə aşkarlanıb. Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Aeroportun Bakı Karqo Terminalında Azərbaycan Respublikası vətəndaşı tərəfindən Çexiya Respublikasına göndərilən 3 ədəd poçt bağlamasına rentgen aparatında baxış keçirərkən monitorda şübhəli təsvirlər müşahidə ediblər.Həmçinin, kinoloji xidmət iti də gömrük nəzarəti zamanı bağlamaya reaksiya verib.

Yoxlama zamanı poçt bağlamasının içərisində olan 2 cüt ayaqqabının hər birinin dabanındakı boşluqda gömrük nəzarətindən gizlədilən, gümüşü rəngli falqalara bükülü 4 ədəd bükümdə, çəkisi 91,743 qram olan narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR