Azərbaycan nefti həftə ərzində 18 dollar ucuzlaşıb

16.03.2020 10:51

Ötən həftə ərzində (9-13 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 33,8%-ə yaxın ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 17,83 ABŞ dolları və ya 33,8% azalaraq orta hesabla 34,92 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 36,62 dollar təşkil edib, ən minimal göstərici isə 32,35 dollara bərabər olub.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR