Dövlət Turizm Agentliyi koronavirus təhlükəsi ilə bağlı ölkə vətəndaşlarına və turoperatorlara müraciət edib

27.02.2020 19:20

"Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik”.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciətində yer alıb.

"Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar”, - deyə müraciətdə qeydə alınıb.

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR