"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün - HƏCMİNİ AÇIQLADI

24.02.2020 15:13

""AzerGold” QSC fəaliyyətə başladığı dövrdən etibarən istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib".

XəzərXəbər xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə ghörə, cəmiyyət hasilata başladığı ilk ildən mənfəətlə çalışır: "Bu qısa müddətdə Cəmiyyətimiz nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkəmizin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib. İxraca başladığımız 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara103min unsiya qızılın ixracını həyata keçirib.

O qeyd edib ki, sevindirici haldır ki, bu göstəriciyə məhz "AzerGold” QSC-nin hesabına nail olunub: "İxrac edilən bu həcmin60,3min unsiyası Cəmiyyətimiz tərəfindən ixrac edilib. Beləliklə Cəmiyyətimiz ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb”.

Z. İbrahimov qeyd edib ki, ümumilikdə isə, "AzerGold”3il ərzində173min unsiyadan çox qızıl və290min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına400milyon manata yaxın həcmdə vəsait cəlb edib: "Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində30,6milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.

Report

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR