Dizel yanacağı və avtomobil benzininin istehsalı artıb

18.02.2020 13:58

Yanvarda Azərbaycanda 203,1 min ton dizel yanacağı, 121,9 min ton avtomobil benzini, 23,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 55,2 min ton ağ neft, 12 min ton yanacaq mazutu, 4,1 min ton sürtkü yağları, 14,7 min ton neft bitumu və 20,8 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 272,6 milyon manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 21,3 faiz artıb.

Neft bitumunun istehsalı 2,5 dəfə, yanacaq mazutunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 2,2 dəfə, dizel yanacağının istehsalı 21,5 faiz, avtomobil benzininin istehsalı 15,3 faiz, ağ neftin istehsalı 12,7 faiz artıb.

Neft koksunun istehsalı 1,4 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 10,1 faiz azalıb.

© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR