Milli valyutada olan əmanətlər artıb

25.01.2020 11:30

Mərkəzi Bankın məlumatına görə, ötən il dekabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 8 milyard 681,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əmanətlərin 54,1 faizi xarici, 45,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artıb, xarici valyutada əmanətlər isə 7,1 faiz azalıb.

Dekabrda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,89 (1,90) manata, 100 rus rubluna 2,70 (2,63) manata bərabər olub.

© xezerxeber.az


225 dəfə oxunub

ÇOX OXUNANLAR