Xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb

23.01.2020 13:56

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan dəyəri 101,8 milyon ABŞ dolları olan 165,5 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 11 ayda ölkədən, həmçinin 292,1 milyon dollarlıq 651,4 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 11,3 milyon dollarlıq 49,5 min tondan çox maye qaz, 21 milyon dollarlıq 211,1 min ton neft koksu göndərilib.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR