Gürcüstan ötən il Azərbaycandan 9,6 min ton neft bitumu idxal edib

20.01.2020 13:35

2019-cu ildə Gürcüstan Azərbaycandan 9,6 min ton neft bitumu idxal edib.

Bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında məlumat verilib.

Bildirilib ki, Azərbaycandan idxal hesabat dövründə edilən ümumi idxalın 5,6%-nə bərabər olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ən çox neft bitumu idxal etdiyi üçüncü ölkə olub.
2019-cu ildə Gürcüstanın neft bitumu idxalı ümumilikdə 169,6 min ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 65 min ton və ya 62% çoxdur. Ötən il Gürcüstanın ən çox neft bitumu idxal etdiyi ölkə isə İran olub – 145,7 min ton. Bu ölkənin ümumi idxalının 85,8%-ni təşkil edib. İkinci yerdə isə İraq qərarlaşıb – 13,6 min ton (artım 8%).

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR