Çin tarixində ilk: Xarici şirkətlər neft axtaracaq

09.01.2020 16:09

Çin ilk dəfə xarici şirkətlərə müstəqil şəkildə ölkədə neft və qaz hasilatı, eləcə də kəşfiyyat aparmağa izn verib.

Bu məlumatı Çin Təbii Sərvətlər Nazirliyi yayıb. Məlumata görə, icazə 1 may 2020-ci ildən Çində qeydiyyatdan keçən xarici şirkətlərə aid ediləcək. Bu şirkətlərin aktivlərinin 43 milyon dollardan az olmaması gərəkdiyi vurğulanıb.

İcazənin 5 il müddətinə veriləcəyi bildirilib.

Qeyd edək ki, Çin bundan öncə xarici şirkətlərə yalnız yerli şirkətlərlə birgə müəssisə halında kəşfiyyat və hasilat işləri aparmağa izn verirdi.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR