Bu gün İstanbulda “Türk axını” boru kəmərinin açılış mərasimi keçiriləcək

08.01.2020 11:47

Yanvarın 8-də Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını” boru kəmərinin ("TurkStream”) açılış mərasimi keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstanın Baş Naziri Boyko Borisov iştirak edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 15-də layihənin əsas mərhələsinə, yəni boru kəmərinin ilk xəttinin təbii qazla doldurulmasına başlanılıb.

Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xətlərin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan boru kəməri İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR