Bakı Avtovağzalı bayram ərəfəsində 100 mindən çox sərnişinə xidmət edib

07.01.2020 12:45

Bayram ərəfəsində və bayram günlərində ümumilikdə 100 mindən çox sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.

Avtovağzal Kompleksindən bildirilib ki, sərnişin axını ən çox dekabrın 30-dan və yanvarın 2-dək müşahidə olunub. Qeyd olunan tarixlərdə bir gün ərzində 17 mindən çox sərnişin biletlə təmin olunub.

Sərnişinlər yarana biləcək hər hansı neqativ halla bağlı hər gün saat 07:00-dan 23:30-a qədər (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi”nə zəng edə bilərlər. Eyni zamanda "facebook” və "info@avtovagzal.az” email ünvanına da yazıb göndərmək mümkündür. Daxil olan hər bir şikayət araşdırılır və lazımi ölçü götürülür.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR